Viktor Quminski: Azərbaycan MSK seçkilərin şəffaf, azad və demokratik formada keçməsi sahəsində böyük işlər görüb

Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Məhərrəm Zülfüqarlı: Belə yüksək tədbir təşkil etdiyinə görə Şuranı təbrik etmək lazımdır

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin şəffaf, azad və demokratik formada keçməsi sahəsində böyük işlər görüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri MDB müşahidəçilər missiyasının başçısı Viktor Quminski söyləyib.

O deyib: “Bizim uzunmüddətli missiyamız fevralın 19-da fəaliyyətə başlayıb. Missiyanın tərkibində 8 ölkədən bütövlükdə 252 müşahidəçi, habelə MDB Parlamentlərarası Assambleyasının, Belarus-Rusiya İttifaqı Parlament Məclisinin, MDB İcraiyyə Komitəsinin nümayəndələri təmsil olunub. Seçkilərdə xeyli sayda deputatlığa namizəd iştirak edir ki, bu da əvvəlki seçkilərlə müqayisədə qat-qat çoxdur. Parlament seçkiləri ilə bağlı namizədlərə hər cür şərait yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq təsisatlarının azad fəaliyyəti üçün bütün imkanlar var. Biz regionlara səfər edərkən, bu gün məntəqənin açılışında və səsvermədə iştirak edərkən buna əmin olduq”.

MDB müşahidəçilər missiyasının başçısı onu da əlavə edib ki, aşağı komissiyaların, sahə komissiyalarının üzvlərinin hazırlığı istiqamətində böyük işlər görülüb.