WUF13 Əməliyyat şirkəti gələn ilin martında forumun keçiriləcəyi məkanı BMT-yə təhvil verəcək

MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
“Azərxalça” ASC-nin yeni sədri Emin Məmmədov qurumun kollektivinə təqdim olunub
Vətən müharibəsinin xronikası: 28-ci gün

Ümumdünya Şəhərsalma Forumu (WUF13) Əməliyyat şirkəti 2026-cı ilin mart ayının sonunadək BMT-yə forum keçirilməsi üçün tam hazır məkanı təhvil verməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə bu gün WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

“Bildiyiniz kimi, bizim məkanımız Bakı Olimpiya Stadionudur. COP29-da əldə etdiyimiz təcrübəni biz Ümumdünya Şəhərsalma Forumunda da tətbiq etməyə çalışırıq. Ümumiyyətlə, təxminən 90 min kvadratmetr müvəqqəti infrastruktur qurulacaq. Artıq bu ayın sonunda tikinti materialları Bakıya çatdırılacaq və işlər başlayacaq. Biz qrafiki dəqiq izləyirik və hesab edirik ki, martın sonunadək məkan BMT-yə təqdimat üçün tam hazır olacaq”, – A.Məmmədov qeyd edib.

Xatırladaq ki, WUF13 2026-cı ilin may ayında Azərbaycanda keçiriləcək.

Report