Xaçmaz rayonunda seminar-məşğələ keçirilib

“CIDC-2025” kiberfestivalına 2245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulub
Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
Tiflis – Borçalı ədəbi mühitinin Qızıl dövrü Şahbaz Şamıoğlu ilə söhbət

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan hüquqları üzrə İctimai Şura” ictimai birliyinin həyata keçirdiyi “Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsi çərçivəsində növbəti seminar-məşğələ 06.10.2018-ci il tarixdə Xaçmaz rayonunda keçirilmişdir. 30 nəfər gəncin iştirak etdiyi seminar məşğələdə ailə institutu, ailə qurarkən seçim kriteriyaları, ailədəki rol bölgüsü, kişi və qadın arasındakı qarşılıqlı münasibətlər, konfliktlər və onların aradan qaldırılması yolları, ailədə maddi durumunun psixoloji mühitə təsiri, uşağın tərbiyəsi kimi psixoloji mövzular müzakirə olunmuşdur. Tədbirdə həmçinin nikah, nikah müqaviləsi, uşaqlara münasibətdə valideyinlərin vəzifələri, boşanma, aliment kimi vacib hüquqi məsələlər də müzakirə olunmuşdur.

Qeyd edək ki, layihə 18 yaşdan yuxarı ailə qurmağa hazırlaşan və ya krizis dövrü sayılan 3-5 il müddət ərzində evli olan gənc ailələri əhatə edir. Layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək verilməsi, ailə hüququ sahəsində gənclərin maarifləndirilməsi, ailənin dayaqlarının möhkəmlənməsində nikah müqaviləsinin rolunu, əhəmiyyətini göstərmək, ailə qurmazdan əvvəl tərəflərin nikah müqaviləsi bağlamasının vacibliyini təbliğ etməkdən ibarətdir..