Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

Mikayıl Cabbarov: “Sənaye zonalarına əlavə 370 mln manatdan çox investisiya yatırılacaq “
Gələnilki Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Ankarada keçirilməsi planlaşdırılır
Ermənistan höküməti yeni “günah keçi”si tapıb

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

“Report”un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda Xankəndi şəhərində həyata keçirilən infrastruktur layihələrin ekoloji qiymətləndirilməsi və layihələrin icrası zamanı tikinti altına düşən yaşıllıqların mühafizəsi tədbirləri müzakirə olunur.

Report