XİN-də Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin ildönümünə həsr olunmuş tədbir keçirilir

Bu gün Şuşa Şəhəri Günüdür
Ötən il Azərbaycana repatrasiya olunmuş 37 nəfər sosial xidmətlərlə əhatə olunub
Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər

Azərbaycanın Xarici İşlər Nazirliyində Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilir.

Bu barədə “Report” Azərbaycan XİN-in tviterdəki rəsmi səhifəsinə istinadən xəbər verir.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iştirak edir.

Xatırladaq ki, Azərbaycan və ABŞ arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci il martın 17-də ABŞ-ın Bakıda səfirliyi açılıb.