«Xocalı soyqırımı: bəşəri cinayət cəzasız qala bilməz»

Səməd Seyidov: Bir milyon qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq Azərbaycana qarşı ədalətsizlikdir
Kamil Səlimov: “Xocalı hadisələrində bilavasitə məsuliyyət daşıyan və əməllərində terrorçuluq olan 27 cinayətkar var”
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən III hissə

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCİYA) və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi (AMMKHM İB) «Xocalı soyqırımı: bəşəri cinayət cəzasız qala bilməz» mövzusunda Dəyirmi Masa keçirdilər. Tədbiri giriş sözü ilə açan AMMKHM İB-nin sədri professor Nadir Abdullayev soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Professor xatırlatdı ki, 18 il əvvəl, 1992-ci il fеvrаlın 25-dən 26-nа kеçən gеcə еrməni silаhlı birləşmələri kоmаndir hеyətinin əsаs hissəsini еrməni millətindən оlаn şəхslərin təşkil еtdikləri kеçmiş Sоvеt Оrdusunun 366-cı аlаyının dəstəyi ilə qədim Аzərbаycаn şəhəri оlаn Хоcаlının əhаlisinə divаn tutub. О gеcədə Xocalı yаndırılmış və tаm məhv еdilmişdir. Qаnlı stаtistikаyа əsаsən 613 nəfər, о cümlədən 63 uşаq, 106 qаdın, 70 аhıl yаşlı insаn qəddаrcаsınа, dözülməz işgəncələr tətbiq еdilməklə qətlə yеtirilmiş, 8 аilə tаmаmilə məhv еdilmişdir, 25 uşаq hər iki vаlidеynini, 130 uşаq isə vаlidеynlərindən birini itirib; 487 аdаm, о cümlədən 76 uşаq yаrаlаnmış, əlil оlmuş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Tаriхdə аnаlоqu оlmаyаn bu qəddаrlıq, vəhşiliklər ХХ əsrin sоnlаrındа, bütün dünyаnın gözü qаrşısındа bаş vеrib. Bu gün Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırlar.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatacaqlarını bir daha qeyd etdi.
Sonra məruzə üçün söz İB-nin «Qоlоs Kаrаbаха-Voice of Karabakh» qəzetinin redaktoru Qədir Nəsirova verildi. Məruzəçi çıxışını erməni vəhşilikləri haqqında faktlar əsasında qurdu. Onların əməllərinin dünya mətbuatında işıqlandırılması sahəsində işlərin daha da gücləndirilməsini vurğuladı.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz çıxışında bu qanlı faciənin əbədiləşdirilməsi, dünya ictimaiyyətinə çatdırılması üçün hamının əməli iş görməsini vurğulamış və bu yönümdə bir neçə təklif irəli sürüldü.
Tədbirdə Xocalı RİH başçısının şəhər nümayəndəsi Yavər Əzimov, Qarabağ harayı İctimai Birliyinin sədri Aygün İbrahimova, Xocalı soyqırımını tanıtma İB-nin sədri Şamil Sabiroğlu, Ambudsman Aparatının elmi-analitik sektorunun böyük məsləhətçisi Müqalib Mahmudov və başqaları mövzu ətrafında çıxış edərək, qanlı faciədən 18 il keçməsinə baxmayaraq hələ də ona beynəlxalq səviyyədə qiymət verilməməsi, cinayət törədənlərin layiqli cəzalarını almadıqlarını vurğuladı. Çünki, cinayət cəzasız qala bilməz!
Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-in fəaliyyətdə olan sədrinə, Аvrоpаdа Təhlükəsizlik və Əməkdаşlıq Təşkilаtınа, Dünyа Ölkələrinin Pаrlаmеntlərinə və Hökumətlərinə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin başçılarına tədbir iştirakçıları tərəfindən müraciət də qəbul olundu.

«Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi»
İctimai Birliyinin icraçı direktoru Dəyanət Musayev