Xocalının Seyidbəyli kəndinə növbəti köç olub, sakinlərə açarlar təqdim edilib

Borçalıda təhsil: mövcud vəziyyət, problemlər və perspektivlər
Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı
Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

Bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.

Report.az