Xocavənd sakinləri doğma yurda özünüməşğulluq proqramı çərçivəsində qurduqları kiçik biznesləri ilə qayıdacaqlar

Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak ediblər
Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib
Prezident İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışında iştirak edib

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsi olaraq öz azadlığına qovuşan yurd yerlərinə hazırlaşanlar sırasında Xocavənd sakinləri də var. İşğaldan azad edilən digər ərazilərimizin sakinləri kimi, bu gün onların da sevinci, qürur duyğuları sonsuzdur.

Doğma torpaqlarına qayıtmağa hazırlaşan bu insanların bir çoxu dövlət qayğısının bir təzahürü olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.

Nazirliyini İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində onlara mal və materiallar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar bu kiçik bizneslərini Xocavəndə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər. Dövlətin dəstəyini hər zaman hiss etdiklərini deyən Xocavənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər.

AZƏRTAC