YAP mətbuat xidməti parlament seçkilərinin gedişi ilə bağlı məlumat yayıb

Axundova Nigar Xanlar qızı, Əskipara kəndi
QASIMOV İxtiyar Qasım oğlu
ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda olub

APA-nın YAP-ın rəsmi saytına istinadən yaydığı məlumata görə, müxalifət partiyalarının, xüsusən də AXCP-Müsavat seçki blokunun müşahidəçilik missiyası ölkə üzrə bütün səsvermə məntəqələrinin çox az bir hissəsini əhatə edir: “Xüsusilə, paytaxtdan kənarda seçki dairələri üzrə səsvermə məntəqələrində müxalifət müşahidəçiləri çox zəif təmsil olunub, ya da bir çox dairələr üzrə yox dərəcəsindədir. Ölkə üzrə 5 mindən artıq seçki məntəqəsində adıçəkilən blokun yalnız 2 minə yaxın müşahidəçisi vardır”.
YAP mətbuat xidmətinin məlumatında bildirilir ki, seçkilərdə iştirak edən müxalifət partiyalarının və namizədlərinin müşahidəçiləri və səlahiyyətli nümayəndələri fəaliyyətlərini seçki prosesini izləməkdən daha çox, səsvermə prosesini pozmağa, “qanun pozuntuları”na yol verilməsi barədə fikir formalaşdırmağa yönəlmiş cəhdlər etməyə, beynəlxalq müşahidəçilərə yanlış, həqiqətə uyğun olmayan məlumatlar verməyə yönəldiblər: “Səsvermə anından etibarən müxalifət partiyalarının səsvermə prosesində guya hansısa qanun pozuntularına yol verilməsi barədə yaydıqları məlumatların araşdırılması nəticəsində onların heç birinin həqiqətə uyğun olmadığı aşkarlanıb”.
MDB Parlament Asambleyasının müşahidəçisi Natalya Lyudina 19 saylı Nərimanov birinci seçki dairəsində bir necə məntəqədə seçkinin gedişatını izlədiklərini, heç bir qanun pozuntusunu qeydə almadıqlarını nəzərə çatdırıb. MDB müşahidəçisi yerli müşahidəçilərlə söhbət etdiklərini və heç kimin səsvermə prosesinə irad bildirmədiklərini vurğulayıb.O səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu, müşahidəçilərə səsvermə prosesini sərbəst izləmək üçün bütün şəraitin yaradıldığını qeyd edib.
19 saylı Nərimanov birinci seçki dairəsi 5 saylı seçki məntəqəsində AXCP-Müsavat blokunun müşahidəçisi Böyükağa Əhədov məntəqə açılandan səsvermə prosesini izlədiyini, heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirib. O, seçkilərin keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını ifadə edib.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şahverdiyeva Xalisə Nüsrət qızı Biləcəri qəsəbəsində yerləşən 28 saylı məntəqəsində seçki komissiyasının üzvlərinə və müşahidəçilərə əsassız təzyiq göstərib, yarım saat ərzində səsvermə prosesinə maneçilik törədib. Şahverdiyeva Xalisə Nüsrət qızı polisin köməkliyi ilə məntəqədən uzaqlaşdırılıb.
AXCP-Müsavat” seçki blokunun 30 saylı Suraxanı 1-ci seçki dairəsində müşahidəçisi Oqtay Əliyev bildirib ki, “seçkilərin keçirilməsinə start verildikdən sonra insanlar azad şəkildə məntəqəyə gələrək istədikləri namizədə səs veriblər. Bu vaxt ərzində hər hansı bir qanun pozuntusuna rast gəlinməyib. Düşünürəm ki, narazılıq etməyə haqqımız yoxdur”.
“Yeni Müsavat” qəzetinin əməkdaşları 30 saylı Suraxanı 1-ci seçki dairəsinin 6 saylı məntəqəsində müşahidəçilərə və səsverməyə gələnlərə açıq-aşkar təzyiqlər edib, müxalifətin namizədinə səs verməyə çağırışlar səsləndiriblər.
“AXCP-Müsavat” seçki blokunun müşahidəçisi isə onu silahdaşları tərəfindən gözləyən təzyiqlərə baxmayaraq, süni şouların yaradılmasından çəkinərək, reallığa üstünlük verəcəyini bildirib.
30 saylı Suraxanı 1-ci seçki dairəsinin 13 saylı məntəqəsində seçki prosesini müşahidə edən müxalifətdən olan müşahidəçilər, o cümlədən, “AXCP-Müsavat” seçki blokunun təmsilçisi Şirinxub Yavər Həmid oğlu və “Qarabağ” seçki blokundan “Ümid” partiyasının müşahidəçisi İmanova Nümürsət İbadulla qızı insanların məntəqələrə gələrək azad şəkildə istədikləri namizədə səs verdiklərini söyləyiblər. N. İmanova bildirib ki, onlar süni şouların yaradılmasından çəkinərək, reallığa üstünlük verəcəklər.
Beynəlxalq müşahidəçilər də “Səsvermə prosesi bir sıra neqativ halları çıxmaqla düzgün təşkil olunub” -, deyə bildirirlər.
Seçki məntəqələrində aparılan müşahidə zamanı ciddi qanun pozuntularına rast gəlinməyib. Bu barədə ATƏT-in müşahidə missiyasının nümayəndələri Mariya Norden və Federlay Fredrik məlumat veriblər. Onlar bildiriblər ki, “səsvermənin gedişini izləyərkən bütün proseslərin qanunun tələblərinə uyğun olaraq aparıldığının şahidi olduq. Səsvermə prosesi bir sıra neqativ halları çıxmaqla düzgün təşkil olunub”. /APA/