“YAŞAT” Fondu tərəfindən qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir

2837 şəhidin 7000-dən çox ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib
Narkoloji Mərkəzdəki yanğında 24 nəfər ölüb
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat

Ağır yaralanan daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

“Report” xəbər verir ki, Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:

1. İdrisov Ərşad Rafiq oğlu
2. Misirzadə Rahib Mübariz oğlu
3. Əmənli Nurlan Şirzad oğlu
4. Səmədov Ceyhun Eldar oğlu
5. Əzizli Səddam Nazim oğlu

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Report