Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir
Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startaplar və sahibkarlar üçün oktyabrın 1-də “İnnovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət” mövzusunda təlim keçirəcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplardan və sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin [email protected] e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

AZƏRTAC