Yeni koronavirus ştamı yunan əlifbasının 15-ci hərfi “omikron” adlandırılıb

Prezident Naxçıvanda yaşayan şəhid ailələri və qazilərin evlə təmin olunması üçün 1 milyon manat ayrılmasına dair sərəncam imzalayıb
AVCİYA-nın eksperti professor Asif Hacılının kitabı İranda fars dilində nəşr edilib
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştamını yunan hərfi omikron ilə adlandırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün yeni koronavirus ştamı ilə bağlı təcili iclasının yekun bəyanatında deyilir.

Bəyanata əsasən, ÜST Afrikanın cənubunda aşkar edilən koronavirus ştamını “narahat doğuran variantları” qrupuna daxil edib.

Koronavirus infeksiyasının yeni ştamının yaranması fonunda ÜST COVID-19-a qarşı peyvəndin artırılmasına çağırıb.

Təşkilatın məlumatına görə, mövcud PCR testləri omikronun ştamını tanımağa qadirdir.

Qeyd edək ki, omikron yunan əlifbasının 15-ci hərfidir.

Bundan əvvəl Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştamının peyda olması barədə xəbərdarlıq ediblər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştamın bütün digər COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var.

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu daha sonra yeni ştamın Cənubi Afrika Respublikasında aşkarlandığını, indiyə qədər 22 yoluxma halını təsdiqləyib.

B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Report