Yevlax rayonu haqqinda ümumi məlumat

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş tədbir keçirdi
Xocalı qadınları işğal olunmuş torpaqlarımıza qanunsuz səfər edən aparıcı Antoni Bourdayna məktub ünvanlayıblar
Hərbi qulluqçumuz şəhid olub

Yevlax – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Yevlax şəhəridir.

Tarixi

Ötən əsrin 80-ci illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınan Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixdə Yevlax rayonu təşkil edilmişdir. 1939-cu ilin fevralın 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir. 1962-ci ildekabrın 26-da çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım-İsmaylov rayonlarına veilmiş, Yevlax Respublika tabeli sənaye şəhərinə çevrilmişdir. Azərbaycan SR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il taixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır. Azərbaycan KP MK-nin 1969-cu il iyul plenumundan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir. Ötən əsrin 70-80-ci illərində Yevlaxda Pambıq təmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Traktor təmiri, Pivə və spirsiz içkilər zavodu, “Qarabağ” istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlarası təchizat bazaları və s. fəaliyyət göstərmişdir. Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilmiş, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. 1978-ci ildə istifadəyə verilən və Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə artıq respublikanın ən iri sənaye şəhərlərindən birinə çevirlmişdir.

Yevlax rayonu ərazisində Yevlaxın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin əiraf ərazisi bu gün də Ərəş kimi tanınır.

Coğrafi mövqeyi

Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır. Rayonda yerləşən şəhər, qəsəbə və iri kəndlər aşağıdakılardır: Yevlax şəhəri Aran qəsəbəsi Xaldan kəndi Havarlı kəndi Malbinəsi kəndi Qoyunbinəsi kəndi Tanrıqulular kəndi Salahlı kəndi Ərəş kəndi Səmədabad kəndi

Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən “Vağzal” kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.

Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.

1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlağa şəhər adı verilmişdir.

1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır

Təbiəti

Ərazi boz-çəmən,çəmən-boz, allüvial çəmən, şabalıdı, şorakətvarı boz-qonur, əksər hallarda isə şoran torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit seyrək meşələr, Tuqay meşəsi, düzən gölməçəlik və subasar çəmən, o cümlədən səhra bitkiləri yayılmışdır. Meşə fondu 4450 hektardır. Heyvanları: canavar, tülkü, boz dovşan, çöl donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik, sığırçın,bayquş, kol xoruzu, ağacdələn, sarıköynək və sairdir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində 9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.

Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub, 6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq teatr və kukla teatrı, “Ərəş”, “İlkin”, “Karvan”, “Səda” muçiqi kollektivləri vardır

Maddi-mədəni irsi

Yevlax – Bərdə magistral yolunun təxminən 18 – ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.

Üçtəpə kurqanın topaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü fasilələrlə 3 ilə tökülüb başa çatdırılmışdır.

Xaldan kəndinin 3-4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.