ƏLİ BAYRAMLIDA TƏHSİL KREDİTLƏRİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

Gəncə Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağını təhvil alıb
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib

AZƏRTAC xəbər verir ki, dekabrın 17-də Əli Bayramlıdakı 18 nömrəli orta məktəbdə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər (AKTAM) təşkilatı və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Avrasiya Fondunun qrantına əsasən birgə hazırladıqları “Təhsil kreditlərinin qanunvericilik bazasının hazırlanması və təbliği” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir.

Müəllim və şagirdlərin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda AKTAM və AVCİYA-nın Milli Məclisə təqdim etmək üçün hazırladığı “Təhsil kreditləri haqqında” qanun layihəsi ətraflı müzakirə olunmuşdur.