Azərbaycandakı prezident seçkisində “exit-poll”u keçirəcək qurumlardan birinin adı bəlli oldu

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Sumqayıtda seminar keçirdi
Qarabağla bağlı Ağ Evin saytında açılmış petisiya ilə əlaqədar Tibb Universitetində görüş keçirilib
AVCİYA Qaxda 45 məntəqəni müşahidə edib

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda prezident seçkisində “exit-poll” keçirəcək. Bu barədə cümə axşamı Trend ə AVCİYA-dan məlumat verilib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. AVCİYA 2004-cü il bələdiyyə və 2005-ci il parlament seçkilərində də “exit-poll” keçirib.

AVCİYA-nın 2008-ci il seçkiqabağı görəcəyi işlər bu gün ATƏT-in Bakı ofisində AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının ATƏT-in məsul işçiləri Juliane Markard-Narten ilə görüşündə də müzakirə edilib. Zülfüqarlı Seçki Qərargahının prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi, seçkilərin monitorinqi ilə əlaqədar görəcəyi işlərlə ATƏT nümayəndələrini tanış edib.

Markard-Narten isə ATƏT-in Bakı ofisinin prezident seçkiləri ilə bağlı planlaşdırdığı işlər barədə ətraflı məlumat verərək seçki maarifçiliyi və seçkilərin monitorinqi ilə bağlı AVCİYA Seçki Qərargahı ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

/ Trend , müxbir Q.Cəbiyev/