ƏSGƏROVA Salatın Əziz qızı

ŞAHBAZOV Yavər Əlibala oğlu
ƏLİYEV Nadir Alış oğlu
AĞAYEV Fərhad İslam oğlu
(16.12.1961, Bakı – 9.1.1991, Laçın) – Azərbaycanın Milli Qəhrəmanı (6.11.1992, ölümündən sonra).

1961-ci ildə anadan olub. Bakıda 18 saylı orta məktəbi, Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1984- cü ildə “Bakı” qəzetində, 1988-ci ildə isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Azərbaycanın bütövlüyü, Qarabağ problemi, vətənpərvər oğulların həyatı S.Əsgərovanın yazılarının əsas mövzusu idi. Bu mərd juralist qadın tez-tez Qarabağın ən qaynar və odlu nöqtələrində olurdu.
1991-ci il yanvarın 9-da düşmən gülləsi S.Əsgərovanın həyatına son qoydu. Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Qətlə yetirildiyi Qaladərəsi kəndi Salatınkənd adlandırılıb. Bakı şəhərində adına küçə var.
1 oğlu vardı…
Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 470