AVCİYA Seçki Qərargahını rəhbəri Jarl Hjalmarson Fondunun nümayəndəsi ilə görüşdü

AVCİYA seçki komissiyaları ilə bağlı təklifləri araşdırıb
Qarabağla bağlı petisiya dünyada ikinci olub
Şamaxı rayonunun məktəbliləri arasında keçiriləcək “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsi haqqında

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahını rəhbəri Məhərrəm Zülfüqarlı bu gün Jarl Hjalmarson Fondunun nümayəndəsi Katarina Vallberq ilə görüşüb. M. Zülfüqarlı görüşdə AVCİYA – nın seçkilərlə bağlı fəaliyyət proqramı, seçki qabağı dövr üçün hazırlanan aralıq hesabatı, seçki günü 4400 məntəqədə müşahidənin təşkil ediləcəyi, müşahidəçilər üçün 5000 tirajla yaddaş kitabçasının nəşr olunaraq paylandığı, seminarlar aparmaq üçün AVCİYA – nın 43 təlimçisinin hazırlandığı və bir ay ərizndə müşahidəşilər üçün 67 seminar keçirildiyi haqqında məlumat verib.
Görüşün sonunda AVCİYA Seçki Qərargahını rəhbəri 2004 – cü ildə Jarl Hjalmarson Fondu xətti ilə İsveçdə “Azad cəmiyyətin prinsipləri” adlı tədbirdə iştirak etdiyini qonağın diqqətinə çatdırıb və Azərbaycanda gedən vətəndaş cəmiyyəti quruculuğuna yardım etdiyinə görə Jarl Hjalmarson Fonduna təşəkkürünü bildirib.

AVCIYA Mətbuat Xidməti