ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll” öncəsi sorğunun nəticələrini açıqlayıb

Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
XİN: Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı sistematik işğalçılıq siyasətinin tərkib hissəsidir

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən “exit-poll” öncəsi aparılmış sorğunun nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, barədə ABŞ təşkilatının rəhbəri Corc Birnbaum bu gün keçirilən brifinqdə deyib ki, sorğuya əsasən, respondentlərin 83 faizi seçkilərdə hazırkı prezident İlham Əliyevə səs verəcəyini bildirib.

Onun sözlərinə görə, ümumilikdə respondentlərin 3/4-ü dövlət başçısına dəstək ifadə edib.

Sorğu 50 rayonda aparılıb.

Onun sözlərinə görə, sorğu martın 13-dən 22-nə kimi aparılıb: “Sorğuya 1500 respondent cəlb edilib. “Ümumiyyətlə, Azərbaycanda Milli Məclisə seçkilər və ya prezident seçkilərində necə iştirak edirsiniz” sualına respondentlərin böyük əksəriyyəti –74,0% (1110 nəfər) “həmişə” seçkilərdə iştirak etdiyini bildirib,  10% (150 nəfər) respondent isə 11 aprel 2018-ci il Prezident seçkilərində “ilk dəfə” iştirak edəcəyini qeyd edib. 12,6% (189 nəfər) respondent seçkilərdə “bəzən”, yaxud “nadir hallarda” iştirak etdiyini göstərib: “Anket sorğusunun I blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meylli olma imkanlarını açmağa imkan verir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsə idi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz” sualına və “Əgər parlament seçkiləri bu gün keçirilsə idi, hansı partiyanın namizədinə səs verərdiniz” sualına alınan cavablar müvafiq olaraq İlham Əliyev – 82,9% (1244 nəfər) və Yeni Azərbaycan Partiyası – 70,9% (1064 nəfər) kimi olub.

“Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz” sualına alınmış cavablar “əla” – 28,9% (433 nəfər), “yaxşı” – 27,1% (406 nəfər), “orta” – 19,9% (299 nəfər) olub. Bu cavablar hər biri ayrılıqda müsbət cavablardır və ümumilikdə, 75,9% (1138 nəfər) respondentin hazırki hökumətin fəaliyyətini qənaətbəxş qəbul etdiyini deyə bilərik.

“Aşağıdakı fikirlərin doğru olub-olmadığını deyə bilərsinizmi” əhalinin müasir hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir.

Belə ki, alınan cavablar – “Azərbaycanın iqtisadiyyatı güclüdür” – 62, 5% (937 nəfər), “Azərbaycanda söz azadlığı var” – 65% (975 nəfər), “ölkə rəhbərliyi xalqı terrordan qoruyur” – 63,6% (954 nəfər), “biz bir siyasi liderin rəhbərliyi altında birləşsək, Azərbaycan daha güclü olar” – 62,5% (938 nəfər), “Azərbaycanda insan hüquqları qorunur” – 62% (930 nəfər), “Azərbaycan regionda sabitlik adasıdır” – 63,1% (946 nəfər) əhalinin mövcud iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.

“Prezident İlham Əliyevə münasibətlə” bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında fikir söyləməyə imkan verir. Belə ki, İlham Əliyevin prezidentlik fəaliyyətinə münasibət olaraq, “iqtisadiyyatı təkmilləşdirir” – 58,7% (881 nəfər), “vətəndaşların qayğısına qalır”, 61% (915 nəfər), “Azərbaycanı beynəlxalq aləmdə yaxşı təmsil edir” – 75% (1125 nəfər), “Ölkəmizin təhlükəsizliyini qoruyur” – 60,7% (911 nəfər), miqrant böhranının Azərbaycana keçməsinin qarşısını alır – 58%  (870 nəfər) qeyd edilib.

Beləliklə, bilavasitə prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş “exit-poll” öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.

Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, 11 aprel 2018-ci il prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. İnanırıq ki, 11 aprel 2018-ci ildə ölkədə prezident seçkiləri zamanı keçiriləcək “Exit-poll” sorğularının nəticələri apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq”.