ARAZOV Ənvər Talış oğlu

OCAQVERDİYEV Sərxan Surxay oğlu
GÜLƏLİYEV Oqtay Güləli oğlu
BEHBUDOV Səfiyar Abuzər oğlu

(2.12.1953, Gəncə ş. – 2.11.1992, Ağdam r-nunun Sırxavənd k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.11.1992, ölümündən sonra).

Milli ordunun kapitanı və alay komandiri, daxili qoşunlarda briqada komandirinin müavini olmuşdur. Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə həlak olmuşdur.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1 cild, Bakı, 2009, s.597
15 saylı Gəncə şəhər orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Üzərində cərrahiyyə əməliyyatı aparıldığı üçün o, orta məktəbdə təhsilini davam etdirə bilməmişdir. Sonralar texniki-peşə məktəbində oxumuşdur. O, ilk əmək fəaliyyətinə Gəncə Gil-Torpaq Kombinatında elektrik kimi başlamışdır. Ənvər bir müddət bu kombinatda işlədikdən sonra Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirir və 1974-cü ildə ordu sıralarına çağırılır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. O, 3 il hərbi xidmət keçdikdən sonra yenidən doğma şəhərə – Gəncəyə qayıdır və “Büllur” zavodunda işləyə-işləyə texnikumda təhsilini davam etdirir.
Ənvər Arazov 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib, zavodda əvvəlcə nizamlayıcı, sonra isə növbə ustası kimi çalışmağa başlayır.
1988-ci il… Azğın erməni quldurları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aramsız hücumlar edirdi.
Erməni yaraqlıları azərbaycanlılara qarşı təzyiqləri getdikcə gücləndirir, onları yurd-yuvalarından çıxmağa məcbur edirdilər. Ə.Arazov azğınlaşmış erməni daşnaklarına qarşı barışmaz mövqedə dayanmışdı. Xalq Hərəkatının ilk günlərindən onun səsi gah mitinqlərdən, gah da cəbhə bölgələrindən gəlirdi. O, erməni quldurları ilə açıq döyüşə girmək üçün Daxili İşlər orqanlarına daxil oldu və ilk günlərdən silaha sarıldı. Ağdərə döyüşlərində onun başçılıq etdiyi dəstə bir çox uğurlu əməliyyat keçirdi, əsgərlərin mühasirədən çıxarılmasında böyük fədakarlıq göstərdi. 2 noyabr 1992-ci il… Ə. Arazovun son döyüşü… O, noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurlarına qarşı ağır döyüşə girdi. Bu qeyri-bərabər döyüşdə Ənvər böyük rəşadət göstərdi və qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 36