ASLANOV Niyazi Şərəfxan oğlu

BABAYEV Çingiz Adil oğlu
CƏFƏROV Faiq Əliqulu oğlu
AĞAYEV Bəylər Tapdıq oğlu

(25.12.1960, Goranboy r-nunun Tapqaraqoyunlu k. – 4.5.1992, Goranboy r-nunun Tapqaraqoyunlu k.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).

Tank briqadasında xidmət etmiş, Goranboy, Tərtər və Ağdam bölgələrində vuruşmuşdur. Tapqaraqoyunlu kəndi yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Doğulduğu kənddə dəfn edilmişdir. Adına məktəb var.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s.128
Orta məktəbi doğulduğu kənddə bitirib. 1979-81-ci illərdə Rusiyanın Altay diyarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirib. Əmək fəaliyyətinə sovxozda aqronom kimi başlayıb. Öz işində ürəklə çalışan gənc mütəxəssis bir müddətdən sonra baş aqronom vəzifəsinə irəli çəkildi. O, həmişə öz işindən fərəh duyur, əməksevərliyi ilə yoldaşlarına nümunə göstərirdi.
Respublikamızın erməni təcavüzünə məruz qalması, qondarma Qarabağ problemi onu gecə-gündüz narahat edir, axıdılan nahaq qanlar varlığını silkələyirdi. Elə ona görə də silaha sarılaraq, Vətənin müdafiəsinə qalxmağa qərar verdi.
1988-ci il… Goranboy rayonunda özünümüdafiə dəstəsi yaradılır. Dəstəyə ilk yazılanlardan biri də Niyazi olur. Ermənilərin azğınlığı onu hərbi texnika axtarıb tapmağa sövq edirdi. Döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tank ələ keçirib təmir etdirir, onları döyüş vəziyyətinə gətirirlər. Həmin tanklarla təkcə Tapqaraqoyunlu kəndinin deyil, habelə rayonun bir sıra başqa kəndlərini də
erməni hücumlarından qorumağa müvəffəq olurlar. Şəfəq kəndinin ermənilərin əlinə keçmək qorxusu var idi. Niyazi Aslanov öz tankı ilə kəndə girdi və düşməni geri oturtdu.
Niyazi Aslanov Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, 4 may 1992-ci il tarixdə Tapqaraqoyunlu kəndinin yaxınlığındakı “Yaltağıl” deyilən yerdə keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmanlıqla həlak oldu.
Ailəli idi. İki oğlu həyatda yadigar qalıb.
Tapqaraqoyunlu kəndində dəfn edilmişdir. Tapqaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 37-38