ASLANOV Şikar Davud oğlu

ƏHMƏDOV Riad Fikrət oğlu
MÜSLÜMOV Valeh Əlizaid oğlu
TAĞIZADƏ Eldar Abdulla oğlu

(10.6.1970, Cəbrayıl r-nunun Süleymanlı k. – 2.7.1992, Laçın) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

Laçın rayonunun Sus kəndi yaxınlığındakı Şəgah yüksəkliyi uğrunda gedən döyüşdə həlak olmuşdur. Doğulduğu kənddə dəfn edilmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s.128
1977-ci ildə Süleymanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirmişdir.
1988-ci ildə Sovet Ordusu sıralarına çağırılan Şikar, 1990- cı ildə ordudan tərxis olunur və doğma kəndinə dönür. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər şöbəsində post-patrul bölməsinə qəbul olunur.
Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olur. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində o, öz PDM-ı (piyadaların döyüş maşını) ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurur. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar bir neçə dəfə komandirləri tərəfindən fərqləndirilmişdir.
O, təkbaşına kəşfiyyata getməyə üstünlük verir, hər dəfə də dəqiq məlumatla geri dönürdü.
1992-ci il… İyul ayının 2-si… “Şayaq” əməliyyatı… Cəsur polis işçisi Şikar Aslanovun şərəfli döyüş yolunun son səhifəsi…. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu gözlərini əbədi olaraq yumur.
Subay idi.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 39