AŞPA Sərsəng su anbarı ilə bağlı qərar verdi

Avropa Komissiyası AVCİYA-nın da daxil olduğu beynəlxalq konsorsiumun layihəsinin maliyyələşdirilməsi haqqında qərar verib
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
ANAMA: Şuşaya atılmış raket “İskəndər-M”dir

Bu gün Kiprdə (Nikosiya) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib. Elxan Süleymanovun verdiyi məlumata görə, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç bu məsələ üzrə məruzəçi seçilib. (apa)