ATƏT MQ-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb

Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilir
İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub
Arxangelsk vilayətində şimal şairlərinin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimatı olub

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqları fəallaşdırmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə Minsk Qrupunun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən görüşlərinə dair yaydığı bəyanatda qeyd olunur.

Bəyanatda qeyd olunur: “ATƏT-in Minsk Qrupunun həmsədrləri (İgor Popov – Rusiya, Sefan Viskonti – Fransa, Endrü Şefer – ABŞ) 25-27 sentyabr müddətində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla BMT Baş Assambleyası çərçivəsində ayrı-ayrılıqda və birgə görüşlər keçiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdiriblər.

Həmsədrlər və nazirlər regionda vəziyyəti müzakirə ediblər və narahatlıq doğuran bir neçə insident və bəyanatlar barəsində izahat üçün müraciət ediblər. Həmsədrlər davam edən və adamların hədər yerə həlak olması ilə bağlı dərin təəssüf hissi bildiriblər. Onlar eskalasiyanın təhlükələri barədə nazirlərə xəbərdarlıq ediblər, tərəfləri müsbət ab-havanın formalaşmasında konstruktiv iştirak etməyə və vəziyyəti gərginləşdirə biləcək ritorikadan qaçmağa çağırıblar. Həmsədrlər vurğulayıblar ki, hərtərəfli həll bütün tərəflərdən güzəştlər tələb edəcək.

Bu kontekstdə nazirlər danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin görülməsinin və gərginliyi azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini təsdiqləyiblər. Nazirlər ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər.

Həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar, sonra isə danışıqların gedişi barədə ATƏT-in Minsk Qrupu və Daimi Şuranı məlumatlandıracaqlar”.

Bakı. Trend: