ATƏT-in müşahidəçiləri AVCİYA-nın regional ofislərində olub

Media kataloqun yeni nəşri çapa hazırlanır
Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin
Dağlıq Qarabağla bağlı Ağ evin saytına yerləşdirilən petisiya çərçivəsində BDU-da görüş keçirilib

2008 – ci il prezident seçkilərinə hazırlıq işlərinin monitorinqini həyata keçirən ATƏT – in müşahidəçilər qrupu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Lənkəran və Xaçmaz rayonlarında regional ofislərində olublar.

Hər iki görüşdə AVCİYA regional nümayəndəliklərin rəhbərləri qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar assosiasiyanın gördüyü işlər, o cümlədən respublika üzrə seçkilərin müşahidəsinin təşkili və “exit-poll”, “quick-count” tədqiqatı ilə bağlı görülən işlərlə ATƏT müşahidəçilərini tanış ediblər. ATƏT-in müşahidəçiləri AVCİYA və “ELS” təşkilatlarının Lənkəranda “exit-poll” və “quick-count”a aid keçirdiyi seminarda da iştirak ediblər.