AVCİYA yeni layihəyə başlayır

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
AVCİYA “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” müsabiqəsinə yekun vurdu
Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı müsabiqəsində qalib gəlmişdir. «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması və seçkilərin şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» adlı layihənin müddəti 5 aydır ( avqust – dekabr 2008).

Layihənin məqsədi vətəndaş cəmiyyəti quruculuğu, demokratik seçkilər sahəsində mövcud problemlərin aradan qaldırmaq, bu sahədə demokratik islahatların həyata keçirilməsinə yardım etmək və qərbə inteqrasiyanın genişləndirilməsi işinə dəstək verməkdir. Bu sahədə vətəndaşların imkanlarından səmərəli istifadə edilməsi, onların cəmiyyət həyatında rolunun artırılmasına kömək göstərilməsi də layihənin əsas məqsədlərindədir. Bundan başqa Avropa İttifaqı ilə imzalanmış Fəaliyyət Planının real surətdə həyata keçirilməsinə kömək göstərmək də layihənin prioritetlərindəndir. Bunun üçün əhali arasında maarifçiliyi genişləndirilmək, demokratik seçkilər sahəsində mövcud problemləri öyrənmək və bu problemlərin həlli üçün tövsiyələr hazırlayıb müvafiq dövlət qurumlarına göndərmək nəzərdə tutulur.

Layihənin qarşıya qoyduğu məqsədə çatmaq üçün inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək və əhali arasında geniş təbliğ etmək əsas vəzifələrdəndir. Bundan başqa Azərbaycanda seçkilərlə bağlı həyata keçirilmiş beynəlxalq layihələrdən əldə olunmuş müsbət təcrübənin də təbliği nəzərdə tutulur. Seçki Məcəlləsinin daha da demokratikləşdirilməsi üçün təkliflərin hazırlanması və bu sənədin əhali arasında təbliği də layihənin əsas vəzifələrindəndir.

Layihədən səs vermək hüququ olan bütün vətəndaşlar, o cümlədən seçkilərdə ilk dəfə səs verəcək gənclər faydalanacaqlar. Bundan başqa bir sıra problemlərə baxmayaraq seçkilərdə iştirakı özünün prioritet vəzifələrindən hesab edən siyasi təşkilatlar və vətəndaş cəmiyyəti institutları da layihədən bəhrələnəcəklər. Prezident və bələdiyyə seçkilərində iştirak edəcək namizədlərə seçicilərin fəallığının artırılmasında layihə yardımçı olacaq. Layihə həmçinin Azərbaycanın demokratik imicinin yüksəldilməsinə yaxından kömək edəcəkdir.