AVCİYA bələdiyyə seçkilərinin müşahidəsinə dair aralıq hesabatını açıqlayıb

AzTU-da Obama administrasiyasına ünvanlanan Qarabağ petisiyası ilə əlaqədar görüş keçirilib
“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fəaliyyətini genişləndirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası seçki qərargahının  Azərbaycan Respublikasında  23 dekabr 2014 – cü il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin qısamüddətli Müşahidəsinin nəticələrinə dair  ARALIQ HESABAT-nın təqdimatı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlqədar özünün   FƏALİYYƏT PROQRAMI əsasında namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə  alınma proseduru, seçici siyahıları, seçki ilə bağlı qanunverici baza, bələdiyyə seçkiləri  ərəfəsində ictimai-siyasi mühit, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviğat kampaniyası, seçki prosesi ilə bağlı qanun pozuntuları və seçki gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyətin icrasını davam etdirir. Sizə təqdim olunan aralıq hesabatı  23 oktyabr – 15  dekabr  2014-cü il tarixini əhatə edir.  Hesabatın giriş hissəsində AVCİYA-nın Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş seçkilərdəki fəaliyyəti haqqında qısa məlumat verilib. Hesabatın “Ümumi İcma”l hissəsində Azərbaycanda 1999-cu ildən bəri keçirilmiş bələdiyyə seçkiləri, bu ilki seçkiləri əhatə edən dairələr, bələdiyyələrə seçiləcək üzvlərin sayı,  bələdiyyə seçkiləri ilə bağlı “Seçki Məcəlləsi”nin müvafiq maddələri və s. barədə məlumat verilib. Bundan başqa namizədlərin sayı, onların partiya mənsubiyyətləri, bələdiyyələrin maddi imkanları, onların məcmu xərcləri, bələdiyyələrə aid qanunvericilik baza və digər məsələlər bu bölmədə öz əksinin tapıb. Hesabatda seçki qabağı mühitin əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha sakit və daha konstruktiv məcrada davam etdiyi xüsusi qeyd edilib. Seçki qabağı dövrdə partiyalar arası dialoqun baş verməsi yüksək qiymətləndirilib. Bundan başqa beynəlxalq qurumlarla əməkdaşlıq barədə də məlumat verilib.Hesabatda həmçinin seçki admnistrasiyasının fəaliyyətinin əvvəlki illərə nisbətən daha təkmil olduğu xüsusi vurğulanıb. Hesabatda seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yer müəyyən edilməsi, namizədlər içərisində hakim partiya namizədlərinin daha fəal, səmərəli  seçki kampaniya aparmaları qeyd olunub. Namizədlərin seçki kampaniyasının monitorinqinin nəticələri hesbatda öz əksini tapıb. Hesbatın sonunda gələcəkdə seçkilərin daha səmərəli təşkili üçün tövsiyyələr verilib.

AVCIYA  Seçki Qərargahı