AVCİYA növbəti tədbirləri Qarabağ regionunda keçirdi

İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
Akademik Arif Paşayev: Yolların və elmi istiqamətlərin kəsişməsində

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar növbəti  seminarları Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının seçki fəalları ilə  keçirib.

AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarını AVCİYA Seçki Qərargahının Fəaliyyət Proqramı ilə tanış edib, seçki öncəsi ictimai-siyasi vəziyyət barədə məlumat verib. Daha sonra o,  Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib.

Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Bərdə Regional ofisinin rəhbərliyi və rayon kordinatorları iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti seminarları Zaqatala, Balakən, Qax və Şəki rayonlarının müşahidəçi və seçki fəalları üçün keçirəcək.

AVCİYA Seçki Qərargahı  Mətbuat Xidməti