2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı dəyişikliklər edilib

AZƏRTAC

Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 3 dəfə azalıb
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
18 yaşı bu il mayın 1-dən sonra tamam olacaq əvvəlki ilin məzunları cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak edə biləcəklər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri rəhbər tutulmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, 18 yaşı 2022-ci il mayın 1-dən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı həmin kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.

AZƏRTAC