AVCİYA Seçki Qərargahının rəhbəri Qüdrət Həsənquliyevlə görüşdü

AVCİYA Naftalan və Yevlaxda seminarlar keçirdi
AVCİYA-nın Zaqatala nümayəndəliyində 150 müşahidəçi qeydə alınıb
AVCİYA Seçki Qərargahını rəhbəri Jarl Hjalmarson Fondunun nümayəndəsi ilə görüşdü

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüşüb.
Q. Həsənquliyev seçki kampaniyasının gedişi, keçirdiyi görüşlər, seçki təbliğatı, seçicilərin fəallığının artırılması ilə bağlı aparılan çoxcəhətli fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıb. M. Zülfüqarlı AVCİYA – nın Prezident seçkiləri ilə əlaqədar gördüyü işlər və Assosiasiyanın gələcək fəaliyyəti barədə qısa məlumat verib.