AVCİYA və «ELS» – in birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb
AVCİYA Regionlarda tədbirlərə start verdi

Bu gün «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) «Exit-poll» tədqiqatını 2008-ci il 15 oktyabr prezident seçkilərində ölkənin 800 seçki məntəqəsində həyata keçirib. Sorğuda seçki məntəqəsindən səs verib çıxan seçicilər iştirak edib. Seçicilərin seçimi əvvəldən tapşırıqda verilən addıma əsasən aparılıb. Seçicilərə sorğu anketini doldurmaq təklif edilib və bu zaman onların verdiyi məlumatın anonim olması üçün bütün lazımi şərait yaradılıb. Sorğu seçicilərin tərəfindən müsbət qarşılanıb, belə ki, müsahibədən imtina halları cəmi 4,8% təşkil edib.
Gün ərzində sorğu anketlərində olan məlumatlar qərargaha ötürülüb və kompüterlərdə işlənilib. Tədqiqatın nəticələrinə görə səsvermənin nəticələri prezidentldiyə namizədlər arasında aşağıdakı kimi paylanıb:
1. Ağa-zadə İqbal Fehruz oğlu – 5,0%
2. Əlibəyli Qulamhüseyn Surxay oğlu – 3,58%
3. Əliyev Fuad Ağasi oğlu – 1,23%
4. Əliyev İlham Heydər oğlu – 82,6%
5. Hacıyev Hafiz Ələmdar oğlu – 0,98%
6. Həsənquliyev Qüdrət Müzəffər oğlu – 4,21%
7. Mustafayev Fazil Qəzənfər oğlu – 2,4%

Qeyd edək ki, gün ərzində seçici fəallığı 70,6 faiz olmuşdur.Keçirilmiş tədqiqatın ilkin nəticələri 2008-ci il 16 oktyabr tarixində saat 11:00-da mətbuat konfransında açıqlanacaq.