AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müraciəti

Estoniya deputatları Xocalıya dair xüsusi bəyanat veriblər
Nyu-Yorkda BMT Baş Assambleyasının ümumi siyasi diskussiyaları keçirilib
Almaniya-Azərbaycan biznes əlaqələri inkişaf edir

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti

Forumunun İdarə Heyətinə 

 

Surəti:

AVRONEST PA həmprezidenti Kristian Vigeninə,

AVRONEST PA həmprezidenti Boris Tarasyuka,

AVRONEST PA Büro üzvlərinə

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) İdarə Heyətinin  4-5 aprel 2013-cü il tarixlərində Yerevan şəhərində keçirilmiş iclasında ŞT regionunda tanınmayan separatçı ərazilərdə  (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və Dnestryani ərazilər)  fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi  və “Şərq Tərəfdaşları regionları” adı ilə onlara 10 yer ayrılması üçün ŞT VCF Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilmişdir.

Narahatlıqla qeyd etmək istəyirik ki, ŞT VCF-nun İdarə Heyətinin həmin qərarı beynəxalq hüquq normalarını, Azərbaycan, Gürcüstan və Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü şübhə altına alır, o cümlədən həmin ŞT ölkələrinin Aİ ilə münasibətlərinin hüquqi əsaslarına ziddir.  Hesab edirik ki, separatçı rejimlərin nəzarətində olan ərazilərin ’’Şərq Tərəfdaşlığı regionu’’ adlandırılması əslində gizli formada işğalçılığa bəraət qazandırmaq və ŞT dövlətlərinin ərazilərinin işğal edilməsini və ya parçalanmasını qanuniləşdirmək cəhdindən başqa bir şey deyil. Birmənalı şəkildə vurğulayırıq ki, Aİ-nin Şərq Tərəfdaşlığı proqramı mövcuddur, bu proqrama əsasən 6 ölkə (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarus) ŞT ölkələridir, Avropa İttifaqının heç bir sənədində indiyədək nə “Avropa İttifaqının regionu”, nə də “Şərq Tərəfdaşlığı regionu” anlayışlarına rast gəlinməyib və gəlinə də bilməz. Odur ki, ŞT VCF ’’Şərq Tərəfdaşlığı regionu’’ ifadəsini siyasi və ictimai dövriyyəyə gətirmək cəhdi təxtibatdır, gələcəkdə zəncirvari şəkildə çox ciddi və uzaqgedən ağır nəticələr verə bilər, eyni zamanda Aİ-nin ŞT proqramının ruhuna və məqsədlərinə qarşı yönəlib.

Odur ki, ŞT VCF-nun İdarə Heyətinin qeyd edilən qərarına, xüsusilə də Dağlıq Qarabağı ’’Şərq Tərəfdaşlığı regionu’’ adlandırmasına qarşı qəti etirazımızı bildirirərək bəyan edirik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit edilmiş və ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərindən olan QHT-lərə ŞT VCF-da təmsilçilik hüququnun verilməsi cəhdi beynəxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə, bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini təqdir edir, digər tərəfdən isə Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik nümayiş etddirir və onu beynəlxalq hüququn imperativ prinsiplərinə zidd olaraq şübhə altına alır.

Bildiririk ki, Azərbaycan Respublikası Avropa İttifaqının ’’Avropa Qonşuluq Siyasəti’’ və Şərq Tərəfdaşlığı proqramlarının aktiv iştirakçısıdır, Aİ ölkələri və bu ölkələrin vətəndaş cəmiyyətləri ilə müxtəlif sahələrdə mövcud əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsində maraqlıdır. Hesab edirik ki, VCF İdarə Heyətinin qəbul etdiyi qərar eyni zamanda Aİ dəyərlərinə ziddir. Odur ki, biz bu qərarı pisləyirik və bəyan edirik ki, işğal edilmiş Azərbaycan əraziləri azad edilməyənə, 25 ilə yaxındır ki, qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın mülki əhalinin pozulmuş hüquqları tam bərpa edilməyənədək Dağlıq Qarabağdan olan QHT-lərin VCF-da təmsilçiliyi müzakirə obyekti ola bilməz.

 

Elxan Süleymanov

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnlişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti