AVCİYA nümayəndələri şəhid ailəsinin toy məclisində iştirak edib

İƏT Təmas Qrupu Qarabağa səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək
Erməni silahlı bölmələri apreldə atəşkəsi 2 842 dəfə pozub
“Sərsəngə yürüş”

AVCİYA (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) – nın nümayəndələri aprelin 27-də Goranboy rayonunun Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayonundan məcburi köçkün olan Mehriban Bəkirovanın oğlunun toy şənliyində iştirak ediblər. Qeyd edək ki, Mehriban xanım Bəkirova Xocalı şəhəri işğal olunan zaman əsir düşüb və 10 gün erməni əsrliyində olub. Dözülməz işgəncələrə məruz qalan M.Bəkirovanın əsirlikdə olarkən dünyaya gətirdiyi qızına da xəsarət yetirilib. Aldığı zədələr üzündən ötən ilin martında Mehriban xanımın qızı vəfat edib.

Aprelin 27-də isə Mehriban xanımın ailəsində oğul övladının toy məclisi oldu. AVCİYA nümayəndələri bildiriblər ki, istənilən şəhid ailəsi və Qarabağ müharibəsi döyüşçülərinin ailəsində baş verən xeyir işdə iştirak etməkdən məmnundurlar.