“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib

“CIDC-2025” kiberfestivalına 2245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulub
Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıdakı erməni kilsəsində olub

Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, lüğət çap olunması üçün nəşriyyata təqdim edilib: “Bütün sözlər hərfbəhərf yoxlanılıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək”.

Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən, 4000 yeni söz Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.

Xatırladaq ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır.

report.az