Ali Baş Komandanın tapşırığı ilə cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb

Azərbaycan ilə UNESCO arasında səmərəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll” öncəsi sorğunun nəticələrini açıqlayıb
Folklor İnstitutunun elmi fəaliyyətində Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycan folkloru əsas tədqiqat mövzularından olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil edilib.