Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək
Zakir Həsənov Müdafiə Nazirliyində keçirilən xidməti müşavirdə göstəriş və tapşırıqlar verib
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster aparacaqlar.