Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabatı dərc edilib
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfrans keçirilir

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bəzi hallarda bir neçə gün ərzində yerinə yetirilməsi, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bilirsiniz, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki, bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni, etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur”.

İlham Əliyev əlavə edib ki, bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir: “Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, dediyim kimi, həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir. Bizim ölkəyə gəlincə isə deməliyəm ki, biz həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələr, investisiya layihələri üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik”.