Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

İlham Əliyev: “Azərbaycanlılar o torpaqlara qayıtmalıdır”
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər

Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub. ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə ölkəmiz arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80 faizinin internet istifadəçisi olduğunu vurğulayıb.