500 iştirakçı və 350 növ dolma - Beynəlxalq dolma festivalından
19.07.2017 10:55
İyulun 15-də Xaçmazda II Beynəlxalq dolma festivalı təşkil olunub. Festivala 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb.
Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350 növ dolma sərgilənib.
Beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrin də milli mətbəxlərinin yeməkləri nümayiş olunub.
AZƏRTAC II Beynəlxalq dolma festivalından fotoreportajı təqdim edir.

oxşar xəbərlər