Bolqarıstanlı müşahidəçi: Azərbaycanda prezident seçkiləri ölkənin demokratik inkişafının göstəricisidir

Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
Saat 15.00 – a seçicilərin Azərbaycan prezidenti seçkisində fəallığı 53,4 fazə təşkil edir – exit-poll
Şamaxının millət vəkili 9-cu dəfə Qəhrəman Anaları təbrik etdi

“Səsvermə barədə hələlik nəsə demək çətindir, lakin əminəm ki, bu seçkilər bir daha Azərbaycanın demokratik inkişafını sübut edəcək”. Bu barədə çərşənbə günü Trend-ə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən bolqarıstanlı müşahidəçi Enio Savov bildirib.

E.Savov deyib: “Mən çox şadam ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıdayam. Bolqarıstanda Azərbaycandakı demokratik proseslər də daxil olmaqla ölkənin inkişafını böyük maraqla izləyirlər. Əminəm ki, bu seçkilər müstəqil inkişaf edən Azərbaycanın demokratik inkişaf yolunu bir daha göstərəcək. Bizim üçün Azərbaycan və Bolqarıstanın çox intensiv, pozitiv əlaqələrə malik olması çox vacibdir və biz istəyirik ki, bu əlaqələr gələcəkdə də eyni istiqamətdə inkişaf etsin”.

Bolqarıstandan olan müşahidəçi Azərbaycan xalqına uğurlar və inkişaf arzulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb. /Trend/