MDB müşahidəçiləri: Azərbaycanda prezident seçkilərində seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur

“Freedom House” qeyri-obyektiv və qeyri-müəyyən metodologiya ilə qiymətləndirmə aparan çirkin qurumdur
Heydər Əliyev Sarayında yerli caz ifaçılarının konserti olub
Moskvada Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli görüş keçirilir

Azərbaycanda prezident seçkilərində seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə MDB Parlamentlərarası Assambleyadan (PA) olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski deyib. Onun sözlərinə görə, bu kampaniyada əvvəlki prezident və parlament seçkiləri ilə müqayisədə bir çox maraqlı yeniliklər var: “Hiss olunur ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki sisteminin təkmilləşdirilməsi üzərində işləyib. Şübhəsiz ki, bu, azad iradənin bildirilməsinin təmin edilməsinə və bu günün təntənəsinin hiss edilməsinə yardım edir”.

MDB PA-dan olan beynəlxalq müşahidəçilər səhər saatlarından müxtəlif seçki məntəqələrində işləyirlər və səsvermənin gedişatını izləyirlər.

O deyib: “Bu gün biz 4 seçki məntəqəsinin açılışında olmuşuq, seçki qutularının möhürlənməsini və bülletenlərin hazırlanmasını izlədik. Müxtəlif siyasi partiyaların müşahidəçiləri ilə söhbət etdik”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. /Trend/