“Donuz qripi və ondan necə qorunmalı” mövzusunda dəyirmi-masa keçirildi

Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

Hal-hazırda dünyada və ölkəmizdə “Donuz qripi” ən aktual məsələlərdəndir. Bununla bağlı dövlətlər, müvafiq təşkilatlar bir çox işlər görürlər.
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu aktual məsələ ilə bağlı 17 noyabr 2009-cu il tarixində “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Donuz qripi və ondan necə qorunmalı” mövzusunda Dəyirmi Masa keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Fondun prezidenti prof. Rauf Sultanov mövzu haqda geniş məlumat vermişdir. Daha sonra tədbirdə iştirak edən qonaqlar donuz qripi, onun profilaktikası, ondan qorunma yolları, dünyada və ölkəmizdə bununla bağlı atılan addımlar haqda məlumatlar vermişlər.
“Donuz qripi xəstəliyinin ilkin diaqnostikası və profilaktikası” mövzusunda AR Taun Əleyhinə Stansiyanın direktoru müavini Rakif Abdullayev, “Donuz qripi, onun yayılma yolları və ondan necə qorunmalı” haqda AR Səhiyyə Nazirliyinin baş epidemioloqu, tibb elmlər doktoru, prof. İbadulla Ağayev, “Respublikamızda A/H1N1 donuz qripi ilə bağlı görülmüş tədbirlər və problemlər” mövzusunda AR Gigiyena və Epidemiologiya Mərkəzinin məsul işçisi Elmira Əliyeva, “Virusa yoluxmuş insanların
müalicəsi ilə bağlı görülən işlər” barədə AR Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Vasif Abdullayev, “A/H1N1 virusu ilə əlaqədar sərhədlərdə
gücləndirilmiş mühafizə tədbirləri” ilə əlaqədar isə AR Dövlət Gömrük Komitəsinin məsul işçisi Rəhman Sadıqov çıxış etmişdirlər.
Bundan başqa tədbirdə həmçinin, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AR Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Xəzər Gəmiçilik İdarəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Təhsil Nazirliyinin, İsveçrə, Yaponiya, Macarıstan, İtaliya, Ukrayna səfirliklərinin, ATƏT-in, bir çox QHT və KİV nümayəndələri iştirak etmişdir.
Ümid edirik ki, Donuz qripi ilə bağlı Fondun gördüyü işlərə digər əlaqədar qurumlar və QHT-lər qoşulacaqdır.

AVCİYA.AZ