“Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları: problemlər və perspektivlər”

Azərbaycanda qrip əleyhinə peyvəndləmə aprel ayınadək davam edəcək
Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
Böyük Azərbaycan şairi Hüseyn Cavidin 135 illiyi təntənəli şəkildə qeyd olunub

“Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrup” və “İnsan Hüquqlarları üzrə ictimai Şura” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirir. Təşkilatdan Avciya.az-a daxil olan məlumatda bildirilir ki, tədbirə dövlət rəsmiləri, QHT və KİV təmsilçiləri, hüquqşünaslar dəvətlidirlər. Tədbirdə həmçinin Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupun və İnsan Hüquqlarları üzrə ictimai Şura ilə birgə hazırladığı Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti və inkişafı ilə bağlı problemlərin həlli yollarını özündə ehtiva edən Təkliflər Paketi geniş müzakirə ediləcək.
Dəyirmi masa 19 noyabr 2009-cu il saat 12/00 saat tarixdə “Caspian Plaza” Biznes mərkəzinin konfrans zalında keçiriləcək.

Avciya.az