“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Bakıda təlimlərə start verib

Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam edir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikası Milli Məclis seçkilərinin uzunmüddətli müşahidəsinə dair ARALIQ HESABAT
Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi (ELS) bu ilin noyabr ayında baş tutacaq parlament seçkilərində “Ekzitpoll” tədqiqatını 118 dairə üzrə 1180 məntəqədə həyata keçirəcək. Bu məqsədlə mərkəz oktyabr ayının 2-dən etibarən “Ekzitpoll” tədqiqatına hazırlıq üçün bir sıra tədbirlərə start verib. Beləki ilkin olaraq, Bakı şəhərində tədqiqatı həyata keçirəcək intervüerlər təlimlərə cəlb olunub. Onlara “Ekzitpoll” zamanı tədqiqat müddətində görəcəkləri işlər, o cümlədən respondentlərə davranış, yeni informasiya kommunikasiya texnologiyalardan istifadə, məlumatların ötürülməsi və digər qaydalar izah olunub. Bu proses oktyabrın 8-ə kimi davam edəcək. Həmin tarixdən oktyabr ayının 20-ə kimi isə, təlimlər Azərbaycanın bütün regionlarında keçiriləcək.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident və bələdiyyə seçkilərində, həmçiniin referendum zamanı “Ekzitpoll” tədqiqatını həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəzin bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində tədqiqatın miqyası daha çox seçki məntəqəsini əhatə edəcək. Onu da əlavə edək ki, Mərkəzin “Ekzitpoll” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, bu təşkilat Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.