Elxan Süleymanovdan növbəti xeyriyyə aksiyası: 400 ailəyə yardım etdi

AHİK-in V qurultayı 2018-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri kombaynı atəşə tutub
Azərbaycan nümayəndə heyəti Vladiqafqazda Muxtarov məscidinin açılışında və konfransda iştirak edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, xeyriyyəçi, Şamaxının sabiq millət vəkili Elxan Süleymanov koronovirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin günlərində növbəti xeyriyyə aksiyası reallaşdırıb. Aprelin 23-də Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi 1, 2, 3 saylı binaların sakinlərinə ərzaq yardımı edilib.

Musavat.com xəbər verir ki, yardım aksiyası çərçivəsində “Bravo” marketdə hazırlanaraq, qeyd edilən binalarda yaşayan 75 aztəminatlı ailəyə ərzaq səbəti çatdırılıb. Bundan başqa, kəsim məntəqələrində səhər saatlarında bir neçə dana kəsilib və 400 kiloqramdan çox ət 400 sayda bərabər çəkidə paketlənək, məhəllədəki 400 evə paylanılıb. Habelə, aksiya zamanı ətrafdakı küçə və prospektdə təmizlik işləri aparan vətəndaşlarımıza ərzaq və ət paketləri hədiyyə edilib.

Növbəti belə aksiya aprelin 25-də Elxan Süleymanovun doğulduğu Göyçay rayonunda həyata keçiriləcək.

Elxan Süleymanov həmçinin, mart ayında 1 illik təqaüdünü (aylıq 3900 manat, illik 46800 manat) Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Nəzərə çatdıraq ki, Elxan Süleymanov 40 ilə yaxındır xeyriyyəçiliklə məşğul olur. Onun xeyriyyəçilik fəaliyyətinin bir hissəsi ilə aşağıdakı yazıdan tanış ola bilərsiniz – Link: https://musavat.com/news/xeyriyyecilik-bu-gun-de-var-sabah-da-baliq-bilmese-de-xaliq-bilir_576369.html

Musavat.com