Milli Məclisdə Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçiriləcək

Milli Məclisin sədri: Ermənistan yalan iddialarını təkrarlamaqdan əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalıdır
Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub
Ötən il azad edilmiş ərazilərin minalardan təmizlənməsinə ayrılmış vəsait açıqlanıb

Dekabrın 6-da Milli Məclisdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

AZƏRTAC