«Erməni vandalizmi – Azərbaycanda mart soyqırımı»

1905.az portalının Diskussiya Klubunda “Şamaxı soyqırımı” mövzusunda tədbir keçirilib
AVCİYA Şirvan bölgəsində də seçki hazırlıqlarını yekunlaşdırdı
AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi «Erməni vandalizmi – Azərbaycanda mart soyqırımı» mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masanı giriş sözü ilə AMMKHM İB-nın sədri Nadir Abdullayev açaraq, ermənilərin 1905-1907 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında geniş məlumat verib. Digər məruzəcilər də ermənilərin Azərbaycana qarşı soyqırım siyasəti haqqında ətraflı məlumat veriblər. Dəyirmi Masanın iştirakçıları sonda BMT, AŞPA, ATƏT-in fəaliyyətdə olan sədrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, dünya ölkələrinin parlametlərinə və hökumətlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnistitutuna, Asiya Ombudsman Assosiasiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin başcılarına müraciət qəbul ediblər.