Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

ŞAMAXIDA İFTAR SÜFRƏSİ
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər
Hikmət Hacıyev: Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən açıqlamalar verir

Aprelin 27-də saat 13:00-da Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Çarles Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

Aprelin 28-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Aprelin 29-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.