İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu mətbuat konfransı keçirib

Cəmil Həsənli səs verdi
Sual-cavab
Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) üzvləri bugün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, qrupun üzvü Şahin Camalov bildirib ki, regionlarda əhalinin sosial, iqtisadi, mülki, cinayət, əmək, korrupsiya və digər sahələrdə qarşılaşdıqları problemləri araşdırmaq məqsədi ilə yanvarın 31-dən bir sıra rayonlarda səyyar “qaynar xətt” xidməti həyata keçiriblər. Onun sözlərinə görə, Quba rayonu və Gəncə şəhərində keçirilən görüşlərdə əhalini ən müxtəlif sahələrlə bağlı şikayətləri dinlənilib, yazılı müraciətlər alınıb. Ş. Camalov Cəlilabad və Şəkidə “qaynar xətt” xidmətini həyata keçirilməsi zamanı yerli icra hakimiyyətlərinin təzyiqlərinə məruz qaldıqlarını qeyd edib: “Şəki icra hakimiyyəti Birgə İşçi Qrupun icarəyə götürdüyü binanın qapısını qıfıllayıb, əhalinin şikayətlərinin dinlənməsinə şərait yaratmayıb. Cəlilabadda isə qrup üzvləri günorta saatlarına kimi şikayət ərizələrini qəbul etsələr də, sonradan icarəyə götürülmüş binanın sahibi onlardan təcili olaraq oranı tərk etməyi tələb edib”.
Ş. Camalov bina sahibinə rayon icra hakimiyyətindən təzyiq edildiyini qeyd edib.
BİQ-in üzvü Vasif Mövsümov əhalinin şikayətləri barədə danışıb. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti qaz, elektrik, təhsil, korrupsiya, işdən çıxarılma ilə bağlı şikayətlər edilib. O, şikayətlərin ümumiləşdirilərək aidiyyatı dövlət qurumlarına çatdırılacağını qeyd edib. Onun sözlərinə görə, BİQ analoji səyyar “qaynar xətt” xidmətini digər rayonlarda da davam etdirəcək./APA/