İsveçrə Kantonlar Şurasının prezidenti Azərbaycana rəsmi səfər edəcək

Milli Məclisin sədri Oqtay Əsədov Antalyada Ermənistan rəsmisinin yalanlarına tutarlı cavab verib
“Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün təkliflər veririk”
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

İsveçrənin Kantonlar Şurasının (parlamentin yuxarı palatası) prezidenti Jan-Rene Furnye oktyabrın 8-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə “Report” İsveçrənin Federal Məclisinin saytına istinadən xəbər verir.

Məlumata görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi görüşlərin keçirilməsi planlaşdırılır.

Tərəflər Çin və Avropa arasındakı İpək Yolunun “mərkəzi dəhlizi” kimi Azərbaycanın strateji coğrafi vəziyyətini müzakirə etmək niyyətindədirlər.

Azərbaycanda olduğu müddətdə Jan-Rene Furnye sosial aztəminatlı qadınların əmək bazarına girişlərinə yardım edən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən mərkəzə baş çəkmək niyyətindədir. Səfər proqramına həmçinin İsveçrənin HOLCIM və SIKA şirkətlərinin Azərbaycandakı istehsal obyektlərinə ziyarət də daxildir.

Səfər oktyabrın 11-də başa çatacaq.

Bundan sonra İsveçrə Kantonlar Şurasının prezidenti Rusiyaya səfər edəcək.

Report.az