Mətbuat üçün məlumat

ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll” öncəsi sorğunun nəticələrini açıqlayıb
Moskvada referendumda seçicilərin fəallığı 85,3 faiz təşkil edib
“ELS” 18 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

Noyabrın 7-də keçiriləcək parlament seçkilərində “Ekzitpol” tədqiqatını reallaşdıracaq bir mərkəz kimi hazırlıq işlərini başa vurmuşuq”. Bu fikirləri açıqlamasında Milli Məclisə 4-cü çağırışla əlaqədar keçiriləcək parlament seçkilərində “Ekzitpol” tədqiqatı həyata keçirəcən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirib. Onun sözlərinə görə, hazırlıq işləri çərçivəsində intervüerlər üçün təşkil edilmiş təlimlər başa çatıb: “Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Parlament seçkilərində “Ekzitpol” həyata keçirən yeganə təşkilat kimi bu dəfəki seçkidə informasiya kommunikasiya texnologiyalarına geniş yer ayrılıb. Bir sıra Avropa ölkələrinin nümayəndələri ilə görüşlərimizdə onlar tədqiqatın aparılmasında informasiya kommunikasiya texnologiyalarından istifadəni xüsusi vurğulayırlar. Qafqaz regionu ölkələri içərisində lider dövlət kimi yeni texnologiyalaların “ekzitpol”da tətbiq edilməsi biz qeyri-hökumət təşkilatların üzərinə düşür”.
İ.Yaqubova 118 dairə üzrə 1180 məntəqədə həyata keçiriləcək “ekzitpol” tədqiqatında iştirak edəcək intervüerlərin həm Bakı, həm də regionlar üzrə təlimlərinin başa çatdığını diqqətə çatdırıb. O, həmçinin intervüerlərə nəzarət edəcək supervayzerlərin də təlimlərdə iştirak etdiyini vurğulayıb. QHT rəhbərinin sözlərinə görə, hazırda “ekzitpol” tədqiqatı ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir: “İntervüerlərin işinin səmərəli təşkil edilməsi məqsədilə gələn həftədən etibarən lazımi sənədlər və ləvazimatlar təqdim ediləcək. Bu proses rayonlarda da davam etdiriləcək. Bundan əlavə yerli və xarici kütləvi informasiya vasitələrinin “ekzitpol”a marağını nəzərə alaraq, mütəmadi şəkildə tədqiqatla bağlı informasiyalar veriləcək”.
Xatıladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı “Ekzitpol” tədqiqatını həyata keçirib. Mərkəzin “Ekzitpol” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 
27.10.2010